Qazaxıstan “Lukoil”in aktivlərini ala bilər

media-hightechnic-468x90

Qazaxıstan hökuməti ölkədəki layihələrdə iştirak edən Rusiyanın “Lukoil” şirkətinə Qərb sanksiyalarının təsirini öyrənir.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin energetika naziri Yerlan Akkenjenov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, şirkətin aktivlərinin satın alınması ilə bağlı hələlik heç bir müzakirə aparılmayıb və qərar həftənin sonuna qədər verilə bilər.

“Hələlik belə bir müzakirə aparılmayıb. Sanksiyalar öyrənilir və onların şirkətlərə və iqtisadiyyata təsiri tam qiymətləndirilməlidir. Düşünürəm ki, yaxın günlərdə, bu həftənin sonuna qədər tezliklə qərar verəcəyik”, – nazir qeyd edib. /unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa