Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qazaxıstan sərhədçiləri azərbaycanlılara atəş açdı - Ölən və yaralanan var

Aprelin 30-das Xəzər dənizində Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşları saxlanılıb.

Yenicag.az xəbər verir ki, sahil mühafizəçiləri Q.İbrahimov, E.Nuriyev, E.Əhmədov və Ş.Novruzovu saxlayan zaman silah tətbiq ediblər.

Nəticədə 1 Azərbaycanın ölüb, 2-si yaralanıb.

Hazırda ölən şəxsin nəşi Qazaxıstan tərəfdədir. Meyit hələlik Azərbaycana qaytarılmayıb.

Qeyd edək ki, Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Serjan Abdıkarimov nazir müavini Xələf Xələfov tərəfindən Xarici İşlər Nazirliyinə dəvət edilib.

Nazir müavini Azərbaycan tərəfinin ciddi narahatlığını bildirib və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müvafiq notasını təqdim edib./Report/

Loading...

www.yenicag.az

598
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100