Qazaxıstan Vyana sazişini dəstəkləyir – Energetika naziri

media-hightechnic-468x90

Qazaxıstan neft hasilatının azaldılması barədə OPEC-lə imzalanan sazişin müddətinin uzadılması barədə danışıqları dəstəkləyir.

Yeniçağ.Az  OilGas.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Kanat Bozumbayev məlumat verib.

“Biz bütün neft hasil edən ölkələrlə birlikdə gündəmdə olmaq istəyirik. Neftin qiymətinin 50 dollardan aşağı düşməməsi bizim üçün vacibdir”, -deyə nazir qeyd edib. Xatırladaq ki, ötən ilin noyabrında neft hasilatının azaldılması barədə OPEC üzvləri arasında razılıq əldə olunub. Dekabrın 10-da Vyanada OPEC-lə neft hasil edən 11 ölkə arasında gündəlik neft hasilatını azaltmaq barədə saziş imzalanıb. Saziş birinci yarımillik üçün bağlanıb, müddətinin uzadılması ehtimalı nəzərdə tutulub.

Mayn 25-də sazişin müddətinin uzadılması ehtimalı müzakirə olunacaq.

 

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600