Qazaxıstanda ilk krematoriya fəaliyyətə başlayıb
Qazaxıstanda ilk krematoriya (meyitlərin yandırıldığı yer) fəaliyyətə başlayıb.
Yenicag.az bu barədə NUR.KZ-ya istinadən xəbər verir.
Krematoriya Almatıda istifadəyə verilib.
Məlumata görə, kremasiya ənənəvi dəfnə əlavə könüllü alternativ kimi tətbiq edilir. Bu, şəxsi, mədəni və dini xüsusiyyətlər nəzərə alınmaqla vətəndaşların seçim imkanlarını genişləndirir.
Bir prosedurunun orta müddəti təxminən iki saat təşkil edir. Tam yüklənmə zamanı bir soba sutkada səkkizə qədər kremasiya həyata keçirə bilir. Sobaların hazırlanması və yandırılması lazımi işçi temperaturuna çatmaq üçün 35 saata qədər vaxt aparır.
Qeyd edək ki, Azərbaycanda rəsmi fəaliyyət göstərən krematoriya yoxdur.













