Qazaxıstanda əriyən qarın yaratdığı sel səbəbindən 46 min 755 nəfər başqa yerlərə köçürülüb, 10 vilayətdə “yerli miqyasda” fövqəladə vəziyyət elan edilib.
Yenicag.az xəbər verir ki, Qazaxıstan güclü yağışlı qışdan sonra qarın qəfil əriməsi və temperaturun artması nəticəsində baş verən daşqınlarla mübarizə aparır.
Ölkədə bəndlər dolub, çaylar daşıb. Seldən ən çox zərər çəkən qərb və şimal əyalətlərində 3 min 171 evi su basıb.
Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, bu günə qədər 46 min 755 nəfər, o cümlədən 14 min 589 uşaq su basmış ərazilərdən təxliyə edilib. Bu adamlardan 2602 nəfəri helikopterlər vasitəsilə xilas edilib. Bundan əlavə, 60 min xırda və iribuynuzlu heyvan təxliyə edilib.
Ölkənin qərbindəki Atrau vilayətində dünən gecə saatlarında Cem çayının daşması nəticəsində Kulsari şəhəri tamamilə su altında qalıb.
Təxminən 14 min insan şəhərdən təxliyə edilib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev daşqınla əlaqədar xalqa müraciət edib.
Yenicag.az
www.yenicag.az