!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qazaxıstandakı etiraz aksiyaları: "Xarici qüvvələrin müdaxiləsini..." - ŞƏRH

“Etiraz aksiyasına hansısa kənar, xarici qüvvələrin müdaxiləsini istisna edirəm”.

Bu fikirləri Qazaxıstanda son baş verən aksiyalar fonunda hökumətin istefaya getməsini və etirazların səbəblərini şərh edən beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı Yenicag.az-a açıqlamasında səsləndirib.

Teymur Qasımlı aksiyaçıların istədiklərinə nail olduğunu və etirazların qısa müddət ətrzində dinəcəyini vurğulayıb:

“Ötən 30 ilə nəzər saldıqda Qazaxıstanda belə kütləvi aksiyaların olduğunu görmürük. Ancaq zaman-zaman neft işçilərinin dağınıq etirazları baş vermişdi. Son etirazlar isə, müəyyən mənada, gözlənilmədən baş verdi. Pandemiyanın yaratdığı iqtisadi çətinliklərin sosial partlayışlara rəvac verəcəyi yüksək ehtimal deyildi, lakin sosial narazılıqlar da var idi. Maye qazın qiymətinin artırılması isə bu partlayışı tətiklədi. Etirazlara qatılanların əsas hissəsini gənclər təşkil edir və bu aksiyalara başçılıq edən konkret şəxs də yoxdur. Etirazlar kütləviləşdikdən sonra ölkədə internet verilişinə məhdudiyyət təbiq edildi, sosial şəbəkələrin fəaliyyəti qısıtlandı. Bu da qəzəbli kütləni daha da qıcıqlandırdı.

Bütün bunların fonunda aksiyaçılar istədiklərinə nail oldular, maye qazın qiyməti daha da aşağı salındı. Əlavə olaraq, hökumət də istefaya göndərildi.

Etiraz aksiyasına hansısa kənar, xarici qüvvələrin müdaxiləsini isə istisna edirəm. Düzdür, Qazaxıstan mürəkkəb geosiyasi məkandadır, lakin düşünmürəm ki, bu prosesin arxasında hansısa dövlət dayanır. Ola bilsin, kənar müdaxilə var, lakin konkret fikir söyləmək çətindir.

Tokayev həmin bölgədə fövqəladə hal tətbiq edib, aksiyalara müdaxilə edilir. Tokayevin xalqa müraciətində onun həyəcanlı olduğu görülür. Ancaq hakimiyyətin bunun qarşısını alacağını düşünürəm. Bununla belə, bu etirazların dünyaya səs saldığını da deməliyik”.

Aqil Bəkir

www.yenicag.az

447
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100