!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qazaxıstandakı etirazların ƏSAS MƏNBƏYİ: "Kremldə hazırlanmış bir ssenaridir"

“Kreml Qazaxıstandakı təsirinin azalmasından narahatdır və mövcud etirazlar fonunda rəsmi Nur-Sultana açıq mesaj verir”.

Bu sözləri Qazaxıstanda təbii yanacağın qiymətinin iki dəfə artması fonunda bir sıra şəhərlərdə baş verən kütləvi etirazlara münasibət bildirən politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, etirazlar nəticəsində Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev hökuməti istefaya göndərib və eyni zamanda Manqistau, Aktübin vilayətində maye qazın qiyməti aşağı salınıb. Lakin qaz qiymətlərinin endirilməsi və prezidentin hökuməti istefaya göndərməsi qəzəbli kütləni hələ də sakitləşdirməyib:

“Qazaxıstanda baş verən etirazlar bəsit bir xalq ayaqlanması və ya sosial narazılıq deyil. Belə ki, etirazçıların səbəbi həqiqətən də təbii yanacağın qiymətinin artması olsaydı, hökumətin 120 təngəyə qaldırılan qazı yenidən 50 təngəyə endirməsi ilə hadisələr sakitləşərdi. Etirazçılar hökumətin bu addımını populist addım adlandıraraq dünya bazarındakı mövcud qaz qiymətlərinin yenidən artması halında hökumətin də qazın qiymətini artıracağını bildirərək etirazlara davam edir. Təbii yanacağın qiymətinin artması etiraz aksiyalarının başlaması üçün sadəcə bəhanədir.

Qazaxıstanda baş verən mövcud etirazlar iqtisadi və sosial amillə bağlı olmaqla yanaşı, həm də Kremldə hazırlanmış və anarxiya, xaosa hesablanmış bir ssenaridir. Məsələ ondadır ki, son günlər rus millət vəkillərinin bir çoxu rəsmi televiziya kanallarında çıxışı zamanı tez-tez Qazaxıstanın tarix boyu mövcud olmadığını, hazırkı qazax torpaqlarının vaxtilə Kreml tərəfindən onlara verildiyini qeyd edir. Rus millət vəkillərinin eyni mövzuda bənzər fikirlər səsləndirməsi “Qazaxıstan deyə bir ölkə heç bir zaman olmayıb” deyən Rusiya Prezidenti Vladimir Putinin sözlərinin təkrarı kimidir”.

Turan Rzayev qeyd edib ki, Rusiyanın indiki halda Qazaxıstanda sabitliyi pozmasının bir neçə səbəbi var:

“Birincisi, Qazaxıstan son illər Kremlin istəyi xaricində siyasət yeritməyə başlayıb. Ölkənin latın qrafikalı əlifbaya keçməsi, keçmiş SSRİ-dən qalan şəhər adlarının milli adlar ilə əvəzlənməsi, qazax dilinin ön plana keçərək rus dilini sıxışdırması və s. qərarlar Kremlin diqqətindən yayınmayıb. Kreml Qazaxıstandakı təsirinin azalmasından narahatdır və mövcud etirazlar fonunda rəsmi Nur-Sultana açıq mesaj verir.

İkincisi, Qazaxıstan dünyanın ən böyük neft və qaz ixrac edən ölkəsidir. Bununla yanaşı, bu ölkənin hazırda ən böyük problemi əhali sayının az olmasıdır. Cəmi 18 milyon olan əhalinin bir qismini də ruslar təşkil edir. Müstəqilliyin ilk illərində ölkədəki əhalinin 37 faizini rus əsilli insanlar təşkil edirdi. Bu gün həmin nisbət dəyişsə də, ölkədə məlum sayda rus əsilli vətəndaşın olması Qazaxıstana Kremlin təsir etməsi və gələcəkdə Ukrayna ssenarisinin baş vermə ehtimalını yüksəldir.

Üçüncüsü, Qazaxıstan hazırda Çinin “bir kəmər, bir yol” layihəsi çərçivəsində kilit ölkələrdən hesab edilir. Belə ki, Çindən gələn ticarət yolu Qazaxıstan üzərindən Azərbaycana, Zəngəzur dəhlizindən Ermənistana, Türkiyə üzərindən isə Avropaya qədər uzanacaq. Rusiya indiki halda Qazaxıstanın özündən asılı olmasını və Çinin “bir kəmər, bir yol” layihəsində kilit ölkə roluna malik olmasını istəmir. Rəsmi Moskva Qazaxıstan torpaqlarından keçəcək xəttin öz torpaqlarından daha dəqiq desək, Orlenburg, Çelyabinsk, Omsk kimi şəhərlərdən keçməsini istəyir”.

Gülşən Şərif

www.yenicag.az

416
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100