!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qazi intiharları yenidən gündəmdə: "Müharibə iştirakçıları bir təşkilatda cəmlənməlidir" - ÇAĞIRIŞ

!Reklam – Yazi

Ötən həftənin şənbə günü Gədəbəy rayonunun Çanaqçı kəndində yaşayan Vətən müharibəsi iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşmüş, Şuşanın, Füzulinin, Xocavəndin, Cəbrayılın azad olunmasına görə və “Şücaətə görə” medalları ilə təltif olunmuş, 2000-ci il təvəllüdlü Babakişiyev İsmət Namiq oğlu ad günündə özünü asaraq intihar edib. Ümumilikdə, İkinci Qarabağ Müharibəsindən sonra Vətən müharibəsi iştirakçılarının intihar və ya intihara cəhd halları artıb.rey_kerimoglu

Bu vəziyyətlə bağlı “Qarabağ Qaziləri” İctimai Birliyinin mətbuat katibi, Birinci Qarabağ döyüşlərinin iştirakçısı Rey Kərimoğlu Yenicag.az-a açıqlamasında bildirib ki, qazilərin intiharı əksər hallarda maddi durumla bağlı olmur:

“Qazilər arasında intihar hallarının olması təəssüf doğurur. Müharibə çox ağır bir prosesdir. Bu prosesi yaşamayanlar onun dəhşətlərini anlaya bilməz. Ona görə də müharibədən sağ çıxmış və yaralanmış insanlar üçün bu vəziyyət çox çətin olur. Müharibədə elə hadisələr yaşanır ki, illər keçsə də, insanı rahat buraxmır. Mövzu həmin şəxslərin psixoloji durumu ilə bağlıdır. Bu gün dövlət Vətən müharibəsi iştirakçılarına kifayət qədər diqqət və qayğı göstərsə də, bəzi hallarda qazilər diqqətdən kənarda qalırlar və özlərinə qapanırlar. Eyni zamanda, müharibədə aldıqları travma özünəqəsdlə nəticələnir. Ən vacib məsələ qazilərin psixoloji dəstəyə ehtiyacının olmasıdır. Bunu hansısa psixoloqla həll etmək mümkün olmur. Qazi və veteranların bir yerdə çox olması, mütəmadi görüşlərin təşkili, hər il müxtəlif sanatoriyalara göndərilməsi problemi həll edə bilər. Həmçinin qazi və veteranların bir təşkilatda cəmlənməsi effektiv nəticə verə bilər. Birinci Qarabağ Müharibəsindən sonra da kifayət qədər psixoloji travma alanlar var idi. Həmin insanlar o vaxtı Qarabağ Əlillər Cəmiyyətində toplaşmaqla bir-birilərinə dəstək olurdular. Bu institutu yenidən formalaşdırmaq lazımdır. 2001-ci ildə Ramiz Mehdiyevin rəhbərliyi ilə Qarabağ Əlillər Cəmiyyəti ləğv edildi. Bu, Mehdiyevin bir oyunu idi. Yaradılan yeni struktur isə gözləntiləri doğrulda bilmədi və başqa məqsədlər üçün istifadə olunur. Ora artıq qazilərin ocağı deyil.

Ölkəmizdə Qazilər Xiyabanının salınmasına ehtiyac var. Rəhmətə gedən qazilərimizin hərəsi bir tərəfdə dəfn olunub. Ən azından, Bakıdakı qazilər eyni yerdə dəfn olunmalıdır. Eyni zamanda, qazilər üçün istirahət yerləri açılmalıdır. Ovaxtkı istirahət yerləri satılıb və imkanlı adamlar tərəfindən obyektlər tikilib. Qazilərin intihara cəhd etməməsi üçün onların bir yerdə cəmləşdirilməsi çox vacibdir”.

Gülşən Şərif

COP29

www.yenicag.az

766
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv