!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qazi və şəhid ailələrinə psixoloq DƏSTƏYİ: “Gələcəkdə bu müalicə üsullarının geniş tətbiqinə...”

!Reklam – Yazi

“Azərbaycanlı psixoqlar “posttravmatik stress pozuntusu” diaqnozu ilə 100-dən artıq qazi, şəhid ailəsi üzvlərini müayinə edərək tam sağalda biliblər”.

Bu fikirləri ABŞ və Azərbaycanda qeydiyyatdan keçmiş “For Azerbaijan” beynəlxalq təşkilatı ilə “PAŞA Sığorta”nın maliyyə dəstəyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tərəfdaşlığı əsasında həyata keçirilən “Azərbaycanda psixoloji reabilitasiya imkanlarının artırılması layihəsi çərçivəsində “Posttravmatik stres hallarında yazılı ekspozisiya terapiyası” kitabının və CPT Coach” mobil tətbiqinin təqdimat mərasimində çıxış edən “For Azerbaijan”ın proqramlar üzrə direktoru Elnur Kələntərov deyib.

Onun sözlərinə görə, layihə çərçivəsində beynəlxalq sertifikatlara layiq görülən 40 azərbaycanlı psixoloq arasında 2 nəfər beynəlxalq təlimçi qismində ABŞ-yə göndəriləcək:

“Bu təqdimat “For Azerbaijan” beynəlxalq təşkilatının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və PAŞA Sığortanın dəstəyi ilə həyata keçirilib. Azərbaycan sonuncu reabilitasiya imkanlarının artırılması nəticəsində bu gün “PTSP hallarında yazılı ekspozisiyası terepiyası” adlı kitabımız geniş ictimaiyyətə təqdim olundu.

Növbəti kitabımız da yaxın bir ay ərzində hazır olacaq. Azərbaycanda ilk dəfə bu sahədə həyata keçirilən mobil tətbiq də təqdim edildi. Layihə çərçivəsində Azərbaycanın 40 psixoloqu ilk dəfə beynəlxalq setifikata layiq görüldü. Onların arasından iki nəfər seçilərək beynəlxalq təlimçi qismində ABŞ-yə göndəriləcək.

Layihədə azərbaycanlı psixoqlarımız “posttravmatik stress pozuntusu” diaqnozu ilə 100-dən artıq qazi, şəhid ailəsi üzvlərini müayinə edərək tam sağalda biliblər. Azərbaycanda sübut olunub ki, bu müalicə üsulları çox effektivdir. Bizim məqsədimiz gələcəkdə bu müalicə üsullarının Azərbaycanda geniş tətbiqinə nail olmaqdır”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

317
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv