“Qəbələ”nin yeni transferi Daniel Subotiç Bakıya gəlib. Yeniçağ.az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, isveçrəli hücumçu bu gündən komandanın təlim-məşqinə qoşulacaq.
Qeyd edək ki, 191 sm. boya malik olan oyunçu Serbiya millisinin üzvüdür.
Almaniyanın məşhur “transfermarkt” saytında Subotiçin 850 min funtsterlinq (təqribən 1 milyon 65 min dollar) qarşılığında bölgə klubumuza transfer olunduğu qeyd edilib. Xatırladaq ki, sözügedən saytda ən yüksək transfer qiyməti olaraq 935 min funtsterlinq (təqribən 1milyon 200 min dollar) göstərilib.
2013/14 mövsümündə də “Qəbələ”də çıxış edən 28 yaşlı hücumçu ilə 6 aylıq müqavilə imzalanıb.
Yenicag.az
www.yenicag.az