!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qəbələ” “Kəpəz”ə uduzaraq çempionluq şanslarını faktiki olaraq itirib

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.

Yeniçağ.Az-ın “Report”a istinadən verdiyi məlumatına görə, Gəncə şəhər stadionunda “Kəpəz” “Qəbələ”ni qəbul edib.

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:0. Qolları Julyen Ebah və Dario Federiko vurub. Ebah 70-ci, Federiko 90+4-cü dəqiqədə fərqlənib. Bununla da “Qəbələ” çempionluq şanslarını faktiki itirib.

Saat 18:30-da başlanacaq görüşdə “Qarabağ” səfərdə “İnter”ə qalib gəlsə, ardıcıl 4-cü dəfə çempionluğunu təmin edəcək. Hazırda “Qarabağ”ın 53, “Qəbələ”nin 49, “İnter”in 43 xalı var. “Kəpəz” isə xallarını 30-a çatdıraraq, 6-cı pilləyə yüksəlib və Avropa Liqasına vəsiqə verən 4-cü yerə iddialarını davam etdirib.

Yeniçağ.Az

www.yenicag.az

642
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv