!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəbələ RİH-dən “Yeni Çağ”ın aksiya xəbərinə REAKSİYA: “Problem həll olunacaq”

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi bu gün Qəbələ rayonu Zarağan kəndinin bir qrup sakini Rayon İcra Hakimiyyəti binasının qarşısına toplaşaraq, kəndin qazlaşdırılması tələbi ilə aksiya keçiriblər.

Yenicag.az-da bu barədə məlumatın dərc olunmasından az sonra saytımızla əlaqə saxlayan Qəbələ Rayon İcra Hakimiyyətinin İnformasiya Təminatı və Təhlili Sektorunun müdiri Nazir Cabbarov şikayətçilərin probleminə diqqətlə yanaşıldığını bildirib.

Onun sözlərinə görə, rayon icra hakimiyyətinin başçısı şikayətçilərin nümayəndəsini qəbul edib və problemin həlli üçün tapşırıq verib:

“Hər həftənin cümə günü İcra hakimiyyətində vətəndaşlarla qəbul keçirilir. Rayon sakinləri öz təklif və şikayətlərini bildirmək üçün qəbula yazılır və onların icra başçısı ilə onlayn qaydada görüşü təşkil edilir.

Sizin sayta göndərilmiş videogörüntülərdə qazlaşdırma problemi ilə bağlı müraciət etmiş sakinlər əks olunub. Həmin şikayətçilərin bir nümayəndəsinin icra başçısı ilə görüşü təşkil edildi. İcra başçısı şikayətlə bağlı lazımi tapşırıqlarını verdi. Proqrama uyğun olaraq sakinlərin şikayəti təmin ediləcək”.

www.yenicag.az

961
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv