“Qəbələ” yoldaşlıq oyununda qələbə qazana bilmədi

Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya bölgəsində davam etdirən “Qəbələ” komandası bu gün növbəti yoxlama oyununu keçirib.

Yenicag.az xəbər verir ki, “qırmızı-qaralar” ikinci görüşündə Rusiyanın “Yenisey” klubu ilə qarşılaşıb.

Belek qəsəbəsindəki “Cornelia Diamond” otelinin meydançasında təşkil olunmuş qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Matçdan öncə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. “Qəbələ”nin futbolçuları meydana qara sarğı ilə çıxıblar.

Qeyd edək ki, bu matç “Qəbələ”nin Antalyada ikinci sınağı olub. “Qırmızı-qaralar” ilk oyunda Almaniyanın “Meppen”inə 1:2 hesabı ilə uduzub./Report/