Qəbələdə avtomobil 10 yaşlı uşağı və onun əmisini vurdu

media-hightechnic-468x90

Qəbələdə avtomobil iki piyadanı vurub.

Yenicag.az Apa-ya istinadən xəbər verir ki, hadisə dünən saat 22 radələrində Qəbələ rayonunun Məlikli kəndi ərazisində baş verib. Rayon sakini Elçin Balıyev idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolun kənarında gedən piyadalar – 1992-ci il təvəllüdlü Şahid Kərimovu və onun qardaşı qızı, 10 yaşlı Ə.Kərimovanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, faktla bağlı məhkəmə-tibbi ekspertizası təyin olunub və şöbənin İstintaq bölməsində araşdırmalar davam etdirilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05