“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyası zamanı 4 mindən çox ting əkilib.
Rayon İcra Hakimiyyətindən Yenicag.az-a bildirilib ki, aksiya zamanı xüsusi ayrılmış 1,4 hektar sahəyə 2700 ədəd Eldar şamı, 300 ədəd Alyandır, 29 ədəd Kremlyovskaya yolka, 1000 ədəd Fatunya ağacı əkilib. Yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.
www.yenicag.az