Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qəbələdə meşə yanğını: 2 helikopter cəlb olundu - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri Qəbələ rayonu, Solquca kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə yanğınla mübarizə tədbirlərini davam etdirir.

FHN-dən Yenicag.az-a verilən məlumat görə, yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi məqsədilə ərazidə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları yanğınla mübarizə tədbirlərini həyata keçirirlər.

Ərazinin mürəkkəb relyefli, havanın isə mütəmadi güclənən küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də yanğının söndürülməsi istiqamətində işlər fasiləsiz olaraq davam etdirilir.

www.yenicag.az

172
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100