Qəbələnin bir neçə kəndini su basdı

media-hightechnic-468x90

35980Qəbələ rayonunda bəzi kəndləri su basıb.

Yenicag.az avropa.info-ya istinadən xəbər verir ki, iyunun 7-də yağan yağışlar səbəbindən Tikanlı, Qaraçay və Həmzəli çaylarında suyun səviyyəsinin qısa müddətli artması nəticəsində Qəbələ rayonunun Qəmərvan, Tikanlı, Mirzəbəyli, Xırdatala, İmamlı kəndlərində və Bum qəsəbəsində bəzi fərdi yaşayış evlərin həyətyanı sahələrini su basıb.

Qeyd olunan ərazilərə nazirliyin Şimal-Qərb regional mərkəzinin xilasediciləri və müvafiq texnikası cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Görülmüş tədbirlər nəticəsində fərdi yaşayış evlərin zirzəmisinə yığılmış su və lil təmizlənib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa