Prezident İlham Əliyevin təşəbbüsü ilə jurnalistlər üçün ikinci yaşayış binasının tikilib təhvil verilməsi müsbət qiymətləndirilir.
Bu barədə Yenicag.Az-a danışan tarixçi alim Kərəm Məmmədov Prezident İlham Əliyevin təşəbbüsü ilə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımların cəmiyyətdə təqdir olunduğunu deyib:
“Jurnalistlərə, tanınmış qələm sahiblərinə belə bir qayğının göstərilməsi çox sevindiricidir – buna görə cənab Prezidentə təşəkkür etmək lazımdır.
Əlbəttə ki, jurnalistlər yaradıcı insanlardır və onların mənzil şəraitlərinin yaxşılaşdırılmasına dair atılan addımlar müsbət qiymətləndirilməlidir.
O baxımdan, Prezidentin etimad göstərərək, mənzillə təmin etdiyi tanıdığım və tanımadığım bütün jurnalistləri təbrik edirəm”.
www.yenicag.az