Qərb mediası Putinin Ukraynada atəşkəs və sülh danışıqlarında maraqlı olması barədə yeni məlumat yayıb.
Yenicag.az xəbər verir ki, bu barədə Amerikada Müharibənin Araşdırılması İnstitutu (ISW) məlumat yayıb.
Eyni zamanda, ISW analitikləri qeyd edirlər ki, Rusiya hazırda NATO ilə mümkün müharibəyə hazırlaşır və Kreml çox güman ki, Ukraynanın kapitulyasiyasından başqa hər şeyi Rusiyanın belə bir müharibə ilə mübarizə qabiliyyətinə ekzistensial təhlükə kimi qiymətləndirəcək.
Onların fikrincə, Kreml Ukraynaya dəstək verməklə bağlı Qərbin qərarlarına təsir etmək üçün müharibənin kritik anlarında danışıqlara maraq göstərməyə davam edəcək.
Rafi Müslümov
www.yenicag.az