!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərb-Rusiya qarşıdurmasında KRİTİK səviyyə: “Ukrayna dövlətinin mövcudluğunun sual altına düşməsi...”

!Reklam – Yazi

“Hazırda dünyadakı geosiyasi böhran elə vəziyyətdədir ki, dövlətlərarası münasibətlər sistemində problemlər ciddi səviyyə gəlib çatıb”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Əli Zülfüqaroğlu deyib.

Siyasi təhlilçi Rusiyanın Ukraynada qadağan olunmuş zəhərli qazdan – xloropikrindən istifadə etməsi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

Onun sözlərinə görə, bu gün nəinki müharibə qanunları işləyir, ümumiyyətlə, diplomatik qaydalar, habelə beynəlxalq hüququn normaları müxtəlif dövlətlərdən tərəfindən pozulur:

“Xüsusilə də Rusiya tərəfindən Ukrayna ərazisində qadağan olunmuş kimyəvi silahların istifadəsi addımı atıla bilər. Bu iddiaların nə qədər doğru olub-olmadığı bəlli deyil, lakin müharibənin gedişində Rusiya tərəfindən istənilən addım atıla bilər, hətta qanunla qadağan olunmuş silahlardan da istifadə etməsi mümkündür”.

Ə. Zülfüqaroğlunun qənaətinə görə, bir sıra Qərb dövlətləri ilə yanaşı, Rusiya da beynəlxalq hüquqa hörmətlə yanaşmayan dövlətlərdən biridir:

“Amma bu gün informasiya kirliliyi o səviyyədədir ki, cəbhədə nəyin necə baş verdiyi haqda dəqiq məlumatlar yoxdur. Eyni zamanda, bu istiqamətdə Rusiyaya qarşı Qərbin təbliğatları mövcuddur. İstənilən halda, Qərblə Rusiya arasındakı qarşıdurma kifayət qədər yüksək səviyyədədir və Ukrayna dövlətinin mövcudluğunun sual altına düşməsi məhz bu qarşıdurmanın nəticəsi olaraq önə çıxır”.

Siyasi şərhçi aydınlaşdırıb ki, Rusiya işğalçı bir dövlətdir və ona haqq qazandırmaq mümkün deyil:

“Lakin Qərb də burada səmimi deyil, çünki Ukraynanı fəlakətə sürükləyən səbəblərdən biri də Qərbin yanaşması və dünyada xaotik durumun formalaşmasına çalışması ilə bağlıdır ki, bunun çox ciddi dərin və geosiyasi səbəbləri var. Mənə elə gəlir ki, səslənən iddialar doğrudursa, bu, Moskva tərəfindən qanunsuz atılan addımlardır”.

“Biz bundan sonrakı dövrlərdə Ukraynanın Rusiya tərəfindən daha ciddi hücumlara məruz qalacağını proqnozlaşdıra bilərik. Ona görə ki, hazırda Avropa İttifaqı daxilində Ukraynaya yardım məsələsi ilə bağlı çox ciddi fikir ayrılıqları mövcuddur ki, bu da Kiyev administrasiyasının daxilində çat və böhranların yaranmasına gətirib çıxarır. Məhz Rusiya da bunu çox gözəl hesablayır və daha da cəsarətlənir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Xatırladaq ki, nüfuzlu “Wall Street Journal” nəşri Ukrayna və ABŞ rəsmilərinə istinadla məlumat vermişdi ki, Rusiya tərəfi döyüşlərdə qadağan olunmuş zəhərli qazdan istifadə edir.

Rafi Müslümov

www.yenicag.az

172
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv