"Qərb üçün Azərbaycanın enerji təminatçısı rolu hər keçən gün daha da artır" - AÇIQLAMA

media-hightechnic-468x90

“Azərbaycan Şərqlə Qərb arasında strateji bağlayıcı rolunu oynayan ölkədir. Bu vəzifəsini tam anlamıyla, məsuliyyətlə, qərəzsiz yerinə yetirdiyi üçün Qərb və Şərqdə də etibarlı tərəfdaş ölkə hesab olunur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

O bildirib ki, Prezident İlham Əliyev bütün siyasi platformalarda hörmət və rəğbətlə qarşılanır:

“Ölkəmiz hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində tərəfdaş ölkələrdən biridir. Belə ki, ötən əsrin 80-ci illərindən bu yana Avropanı neft və qazla təmin edən Rusiya zamanla təbii resursunu siyasi silaha çevirdi və Qərbə “soyuq qışlar” yaşadaraq bunu manipulyasiya, eyni zamanda təzyiq vasitəsi kimi istifadə etdi. Bu fonda rəsmi Moskvadan enerji asılılığını diversifikasiya etməyə çalışan Avropa Ukraynadakı işğalçı müharibəni də əsas gətirərək rus qazından 2027-ci ilə qədər tamamilə imtina etməyi qərara aldı. Bununla da Qərb üçün Azərbaycanın enerji təminatçısı rolu hər keçən gün daha da artır. Təsadüfi deyil ki, 2022-ci ilin iyulunda Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin Bakı səfəri zamanı Aİ ilə Azərbaycan arasında enerji sektorunda strateji tərəfdaşlıq sənədi imzalandı”.

media-sehla_celilzade

Ekspert xatırladıb ki, ölkəmiz hazırda Cənub Qaz Dəhlizi ilə Avropaya 13 milyard kubmetr qaz ixrac edir:

“Bu rəqəm 2027-ci ildə 20 milyarda çatdırılacaq. Yeni yataqların kəşfi, mövcud istehsal gücünün artırılması və tranzit qabiliyyəti ölkəmizi Avropa üçün cəzbedici edir. Şərqlə Qərb arasında tranzit əlaqəsi sadəcə nəqliyyat sahəsində deyil, həmçinin enerji çərçivəsində də qurulmaqdadır. Bu ilin martdan İran üzərindən Türkmənistan qazını tədarük etməyə başlayan Türkiyə yaxın 5 ildə ixracın həcmini artıracağını və bunun Trans-Xəzər qaz kəməri üzərindən həyata keçiriləcəyini bəyan edib. Trans-Xəzər qaz kəməri Avropa üçün təhlükəsiz təminat deməkdir. Sözügedən layihə ilə Azərbaycan Aİ-yə qaz idxalında ümumilikdə 4-5%-lik paya sahibdir. Yeni interkonnektorlar şəbəkəsi Avropanı daha çox enerji ilə təmin etməklə yanaşı, yeni enerji-nəqliyyat layihələri həmçinin Azərbaycana öz tranzit rolunu artırmağa imkan verir”.

Ş.Cəlilzadə əlavə edib ki, ölkəmiz COP29 ərəfəsində “Yeni Əsrin Müqaviləsi” adlandıra biləcəyimiz bir layihə ilə – Yaşıl Enerji Dəhlizi vasitəsilə Avropanı bərpa olunan, yəni alternativ enerji ilə təmin etməyə dair saziş də imzalayıb və bütün bunlar Avropanın enerji təminatında Rusiyadan asılılığın sıfırlanmasını tezləşdirməklə yanaşı, Azərbaycanın geosiyasi çəkisini və təsir gücünü artırmaqdadır.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa