!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərb Ukraynada hakimiyyət dəyişikliyi hazırlığında: Zelenskinin yerinə gətiriləcək şəxs bəlli oldu

!Reklam – Yazi

“Ümumilikdə, ABŞ-dəki seçkilərin nəticələri Ukrayna müharibəsinə təsir edəcək”.

Bu barədə Yenicag.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib.

O, Ukrayna hakimiyyətinin bu ilin sonuna Rusiya ilə masaya oturması ehtimalından danışıb.

Politoloq qeyd edib ki, Co Bayden Kiyevə əlindən gələn dəstəyi verirdi, ancaq Respublikaçılar hakimiyyətə gələcəyi təqdirdə, böyük ehtimalla, bu dəstək kəsiləcək:

“Doğrudur, dəstəyin tam kəsiləcəyinə inam azdır, çünki yerli amerikan əhalisinin arasında Ukraynanı müdafiə edənlərin sayı çoxdur. Baxmayaraq ki, Tramp və komandası Vladimir Putinlə dialoqun tərəfdarıdır, ancaq kifayət qədər amerikalı var ki, Ukraynanın qələbəsinə inanır və onu dəstəkləyirlər. Hazırda Respublikaçılar güclü olsalar da, Demokratların da mövqeyi zəif deyil və öz mövqelərini xarici siyasətlə bağlı öz mövqelərini ifadə edə bilirlər. Buna görə də Kiyevə dəstəyin tam çəkiləcəyini düşünmürəm”.

Siyasi təhlilçi əlavə edib ki, artıq Co Bayden prezidentlik yarışından çəkildi:

“Böyük ehtimalla, onun yerinə demokratların namizədi hazırkı vitse-prezident Kamala Harris olacaq. Əgər xanım Harris prezident seçilərsə, Baydenin siyasətini eyniliklə davam etdirəcək. Ancaq Donald Tramp hakimiyyətə gələrsə, bölgədə müəyyən zəifləmələr ola bilər.

Yeri gəlmişkən, Ukraynada siyasi çaxnaşmalar da artıq müşahidə edilir. Məlumatlar var ki, Qərb Ukraynada hakimiyyət dəyişikliyinə hazırlaşır və daha sərt ritorikası ilə özünü göstərən hazırkı Kiyev meri Vitali Kliçkonu hakimiyyətə gətirmək niyyətini ifadə edirlər. Qərb mətbuatı son zamanlar xüsusi canfəşanlıqla Kliçkonu reklam edirlər. Belə düşünə bilərik ki, Qərbdə belə bir fikir formalaşıb ki, Putinlə münasibətləri gərgin olan Zelenskinin yerinə Ukrayna prezidenti vəzifəsinə başqa bir namizəd axtarılsın. Kliçko da Ukraynada və dünyada tanınmış simadır, Kiyevin müdafiəsinə rəhbərlik etmiş şəxsdir və ukraynalılar tərəfindən sevilir. Ona görə də onun prezidentliyinin etiraz doğuracağını hiss etmirəm”.

Z. Əmrəliyev düşünür ki, Rusiya da ABŞ-dəki prezident seçkilərinə qədər cəbhədə fəallığını artıracaq və Kiyev ətrafı bölgələrin ağır bombardmana məruz qoyacaq:

“Ola bilsin ki, Rusiya ordusu tərəfindən Kiyevə də müəyyən hücumlar edilsin. Ruslar Xarkovu ələ keçirmək istəsələr də, buna nail ola bilmədilər. Fikrimcə, Moskva bundan sonra da buna nail ola bilməyəcək. Çünki hazırda Rusiyanın özünün də ehtiyatlarının tükəndiyi hiss olunur və o, istədiyi fəallığı göstərə bilmir. Hazırkı perspektivdə atəşkəs müqaviləsi ilə müharibə dayandırıla bilər, amma indiki mərhələdə ümumi sülhü əldə etmək mümkün deyil. Lakin hər hansı bir atəşkəs müqaviləsinin imzalanması ehtimalını istisna etmirəm”.

Rafi Müslümov

COP29

www.yenicag.az

241
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv