!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbdən Rusiyanın blokladığı Azərbaycan mediasına DƏSTƏK – Beynəlxalq REAKSİYA

!Reklam – Yazi

Ölkənin bir sıra jurnalist təşkilatlarının Azərbaycanın bəzi media orqanlarının Rusiyada bloklanmasına yönəlik etirazına beynəlxalq dəstək gəlməkdədir.

Yenicag.az xəbər verir ki, bu barədə sözügedən bəyanatın müəlliflərindən biri, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri və Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərlinin açıqlamasında qeyd olunub.

Onun sözlərinə görə, nüfuzlu beynəlxalq jurnalist təşkilatları həmin bəyanata həmrəylik nümayiş etdiriblər:

“Azərbaycanın bir sıra KİV qurumlarının ( “Oxu.az”, “Haqqin.az”, “Minval.az” və sair ) Rusiya Federasiyası ərazisində bloklanmasına etiraz olaraq Azərbaycan jurnalist təşkilatları adından yaydığımız bəyanata beynəlxalq təşkilatlardan rəy gəlməkdə davam edir.

Beynəlxalq Jurnalistlər Federasiyası, Beynəlxalq Mətbuat İnstitutu, Avropa Jurnalistlər Federasiyasının ardınca Avropa Şurası da məsələyə reaksiya verib. Azərbaycan jurnalist təşkilatlarının bloklanmaya etiraz edən bəyanatı Avropa Şurasının müvafiq platformasında yerləşdirilib.

AŞ-nin “The Platform for the Protection of Journalism and Safety of Journalists” adlı xüsusi platforması aprelin 14-də Avropa və Beynəlxalaq Jurnalistlər Federasiyasına istinadla açıqlamamızı öz səhifəsində yayımlayıb”.

COP29

www.yenicag.az

344
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv