!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbdən Türkiyəyə “SƏRHƏDİ AÇ” TƏZYİQİ: “Bu, Azərbaycana qarşı oyunun tərkib hissəsidir”

!Reklam – Yazi

“Türkiyə-Azərbaycan münasibətləri 2 qardaş ölkənin çox yaxın münasibətləri baxımından təhlil ediləcək bir məsələ deyil.

Ümumiyyətlə, bu münasibətlər qlobal mənada bölgəyə təsiri və marağı olan ölkələri də kifayət qədər müəyyən mənada düşündürən, müəyyən mənada isə narahat edən münasibətlərdir”.

Bu sözləri Yenicag.az-la söhbətində politoloq Vüqar Zifəroğlu deyib.

Analitik Mövlud Çavuşoğlunun Azərbaycan səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşündə dövlət başçısının türk dünyası ilə bağlı səsləndirdiyi fikirlərə toxunub.

Müsahibimiz diqqətə çatdırıb ki, Mövlud Çavuşoğlunun ölkəmizə səfəri zamanı ifadələri də bu kontekstə daxil etmək olar:

“O söylədi ki, cənab Prezident bu münasibətlərə kifayət qədər böyük əhəmiyyət verir və geosiyasi hədəf olaraq türk dünyasını əsas götürür, onun ailəmiz olmasını vurğulayır. Bütün bunlar, əslində, çox önəmli və önəmli məqamlardır. Türkiyə Azərbaycan münasibətləri həm Cənubi Qafqaz, həm türk dünyası, həm də Mərkəzi Asiya baxımından olduqca önəmli və strateji münasibətlərdir. Biz Türkiyə ilə özündə kifayət qədər önəmli və vacib məqamları özündə ehtiva edən Şuşa Bəyannaməsini imzaladıq. Eyni zamanda Şuşa Bəyannaməsi gələcəkdə bütöv türk dünyası üçün örnək model təşkil edə biləcək bir hüquqi sənəddir. Məhz Şuşa Bəyannaməsindən sonra ölkə başçısının cənab Ərdoğanla Mərkəzi Asiyaya səfərləri oldu. Bütün bu məqamların hamısında sözügedən bəyannamə ilə bağlı müəyyən vurğular oldu. Hətta Mərkəzi Asiya türk cümhuriyyətləri ilə də belə ortaq bəyannamələrin imzalanması məsələsi gündəmə gəldi. O cümlədən Orta Asiya mediasına bununla bağlı müsbət məqamlar qeyd edildi”.

V. Zifəroğlu söyləyib ki, bütün bu məsələlər regionda marağı olan Qərb qüvvələrini və digər ölkələri narahat etməyə bilmir:

“Hətta bizə qonşu olan bəzi ölkələr Şuşa Bəyannaməsini Turan Bəyannaməsi adlandırırlar. Onlar bölgənin inkişafı üçün son dərəcə ciddi rol oynayan Zəngəzur dəhlizini öz medialarında Turan dəhlizi adlandırırlar. Görünən odur ki, bu inteqrasiya regionla bağlı hədəfləri olan qüvvələri, əlbəttə ki, ciddi şəkildə narahat edir. Türkiyə-Azərbaycan münasibətləri, həqiqətən də analoqu olmayan münasibətlərdir. Bu münasibətlər həm tarixin, həm də dəyərlərin diktəsi ilə olan münasibətlərdir. Ən əsası ilə bu münasibətlər genetik yaddaşlarımıza əsaslanan münasibətlərdir ki, bir çox qüvvələr bundan ciddi şəkildə narahatlıq duyurlar”.

“Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgərin fikrincə isə Qarabağ zəfəri təkcə Azərbaycan deyil, türk dünyası üçün də yeni bir mərhələnin başlanğıcı oldu:

“Bu baxımdan, Türkiyə-Azərbaycan münasibətləri yeni bir sferaya daşınıb. Bu gün Şimali Kipr parlamentinin nümayəndə heyətinin Milli Məclisdə bərabərhüquqlu şəkildə müzakirələr aparması, yaxud Şimali Kipr prezidenti Ersin Tatarın Azərbaycana səfəri çərçivəsində Prezident protokolunun həyata keçirilməsi və digər amillər Qarabağ zəfərinin bizə bəxş etdiyi yeni mərhələnin göstəriciləridir”.

A.Ələsgər hesab edir ki, Türkiyə-Azərbaycan münasibətləri də son dövrlərdə əvvəlki illərdən daha yüksək səviyyədədir:

“Qardaşlıqla bərabər Azərbaycanla Türkiyə faktiki olaraq yüksək strateji ortaqlardır. Bundan başqa, həm İlham Əliyev, həm də Rəcəb Tayyip Ərdoğan dünyada analoqu olmayan iki dövlət modeli ortaya qoyub.Yəni Azərbaycanla Türkiyənin bir-biriləri ilə olan münasibəti bu günə qədər heç bir dövlətlər arasında olmayıb. Eyni zamanda bu münasibətləri pozmaq istəyən, onu qısqanan kifayət qədər qüvvələr var. Bu gün Azərbaycanın Avropada uğradığı ikili standartlarda bizim həm də türk dünyası ailəsindən olmağımızın da ciddi faktorları var ki, bəzən biz türk olmağın “cəzasını” çəkirik. Bu baxımdan, təbii ki, Türkiyə də bu məsələdə ciddi təzyiqlərə məruz qalır. Qarabağ zəfərində Türkiyənin Azərbaycanın yanında olması bizə nə qədər mənəvi güc verirdisə, eləcə də Türkiyə üzərinə ciddi hücumları da artırırdı”.

A. Ələsgərə görə, Qərbin Türkiyəyə qarşı Ermənistanla sərhədlərin açılması ilə bağlı təzyiqləri artırması və Ermənistanla əlaqədar birtərəfli mövqe göstərmələri onu göstərir ki, bu məsələdə Türkiyəni sanksiyalarla üzbəüz qoymaq istəyirlər:

“Hesab edirəm ki, Türkiyə bu günə qədər ki, haqlı mövqeyini müdafiə edəcək. Türkiyə Ermənistanla sərhədləri ona görə bağlamışdı ki, Qarabağ erməni işğalı altında idi. Bu gün işğal bitsə də, İrəvan sülh müqaviləsini imzalayana və Zəngəzur dəhlizinə yaşıl işıq yandırana qədər bu sərhəd bağlı qalmalıdır ki, Ermənistana qarşı əlimizdə təzyiq mexanizmləri tamamən sıradan çıxmasın. Çünki digər qonşuların Ermənistan-Azərbaycan münasibətlərindəki mövqeyi bizim üçün o qədər də arzuolunan deyil. Xüsusilə də Fransa və ABŞ-nin barmağını görürük. İranla ABŞ nə qədər düşmən kimi görünsələr də, Ermənistan-Azərbaycan məsələsində müttəfiq kimi çıxış edirlər. Bu baxımdan, düşünürəm ki, Türkiyə bu məsələdə Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək, yanında olmaqda davam edəcək və heç bir şəkildə o sərhədlər sülh sazişini imzalanmayana, Ermənistan diaspordan asılı olaraq bölgədə problemli obyekt kimi qalmaqdan vaz keçməyənə qədər bu məsələdə hansısa bir dəyişiklik olmayacaq”.

Rafi Müslümov

COP29

www.yenicag.az

2394
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv