Qərbi azərbaycanlıların hüquqları, doğma yurdlarına qayıdışı Brüsseldə müzakirə olunacaq
İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qərbi Avropanın siyasi mərkəzi sayılan Belçikanın paytaxtı Brüsseldə oktyabrın 7-də Montgomeri otelində “Evə qayıdış və Regional sülh” adlı beynəlxalq konfrans keçiriləcək.
Konfransın məqsədi Qərbi Azərbaycanlıların qədim ata yurdlarına dönüşü, məcburi miqrasiyanın nəticələri, 35 ildən bəri doğma yurda qayıtmaq uğunda apardığı ictimai mübarizə və s barədə xarici ictimaiyyəti məlumatlandırmaqdır.
Konfransda Azərbaycanla bərabər Ukrayna, Gürcüstan və s kimi ölkələrin nümayəndələri də yaşadıqları məcburi qaçqınlığın ağırlığı və acısı barədə fikirlərini bölüşərək, regiona sülhün bərqərar olması barədə fikirlərini bölüşəcəklər. Birlikdən verilən məlumata görə, konfransda beynəlxalq təşkilatların, yerli medianın, beyin mərkəzsləri, vətəndaş cəmiyyəti nümayəndələri, BMT Qadın Proqramının Brüssel nümayəndəliyinin rəhbəri, NATO-nun Brüssel qərargahının nümayəndəsi iştirak edəcəklər.