!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbin absurd sülh müqaviləsi TƏLƏBİ: “İstəyirlər ki, Ermənistanın şərtləri ilə imzalayaq”

!Reklam – Yazi

“Ermənistanın sülh prosesində indiki fəallığı heç də müsbət hal deyil”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib.

Ermənistanın son günlər Azərbaycanla sülh prosesi məsələsində aktivlik nümayiş etdirməsinin nəyə hesablandığı barədə fikirlərini səsləndirən siyasi təhlilçinin sözlərinə görə, İrəvanın göstərdiyi bu aktivlik formal xarakter daşıyır.

“Müşahidə etdiyimiz optimist yanaşma heç də səmimi deyil. Yəni Ermənistanın atdığı addımlarda Azərbaycanın sülh müqaviləsi tələblərinə uyğun dəyişiklik yoxdur. Əlavə olaraq, İrəvanın təklif etdiyi sülh müqaviləsi şərtləri ilə razılaşmaq baxımından Qərb hərəkətlilik nümayiş etdirir. ABŞ prezidenti Co Baydenin Azərbaycana məktubunda “Bakı beynəlxalq tədbir olan COP29 çərçivəsində şansdan istifadə edərək özünün sülhə sadiqliyini göstərə bilər” deyilib. Sanki Azərbaycan sülhə sadiq deyil, eyni zamanda da Bakının jest edərək, İrəvanın şərtləri ilə razılaşmasını istəyirlər. Ermənistanın hazırkı aktiv fəaliyyəti də məhz bununla bağlıdır”, – deyə o qeyd edib.

“Nəzərə almaq lazımdır ki, öz maraqları daxilində Ermənistan yarımçıq sülh müqaviləsinin imzalanmasına cəhd göstərir. Belə məqamda Qərbdən Azərbaycana mesajları görərək daha da fəallaşır. Əgər onların hesablamalarına görə təzyiqlərə uyaraq, saziş imzalasaq, Ermənistan bunu özünün diplomatik qələbəsi kimi təqdim edəcək. İmzalanmadığı təqdirdə isə Azərbaycanın sülh istəməyən tərəf kimi təqdim olunmasında növbəti bəhanə əldə edəcəklər. Bir sözlə, bu amillər göz önünə gətirildikdə, Ermənistanın sülh prosesində indiki fəallığı heç də müsbət hal deyil”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

138
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv