Qətər İranın hücumunu pislədi

media-hightechnic-468x90

Qətər Xarici İşlər Nazirliyi İran İnqilab Keşikçiləri Qvardiyasının Əl-Udeyd bazasına hücumunu pisləyib və bunu “Qətərin suverenliyini, hava məkanını və beynəlxalq hüququ kobud şəkildə pozmaq” adlandırıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, nazirlik əlavə edib ki, bu cür hərbi fəaliyyətlərin davam etdirilməsi regionun təhlükəsizliyi və sabitliyinə təhlükə yaradır.

“Biz bütün hərbi fəaliyyətlərə dərhal son qoymağa çağırırıq”, – Qətər Xarici İşlər Nazirliyi bildirib.

Qətərin Müdafiə Nazirliyi isə bildirib ki, Qətər qüvvələri ABŞ hərbçilərinin yerləşdiyi Əl-Udeyd bazasına istiqamətlənmiş İran raketlərinin zərərsizləşdirilməsində iştirak edib.

O əlavə edib ki, Qətərin hava məkanı hazırda təhlükəsizdir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05