Qeyri-hökumət təşkilatlarının siyasətdəki rolu: “QHT-lərin qorunması və güclənməsi lazımdır” - Aqil Ələsgər

media-hightechnic-468x90

“QHT-lər cəmiyyətin can damarıdır və bu can damarının qorunması və güclənməsi lazımdır”.

Yenicag.az xəbər verir ki, bu sözləri Türkiyənin paytaxtı Ankara şəhərində təşkil olunan “Türk dünyasının qeyri-hökumət təşkilatları konfransı”nda çıxışı zamanı Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun sədri Aqil Ələsgər deyib.

Onun sözlərinə görə, bu məsələdə ortaq fəaliyyətlər genişləndirilməlidir:

“Həm Krım, həm Axısxa, həm Kipr, eləcə də digər türk respublikaları ilə bütün sahələrdə ciddi iş birliyi artırılmalıdır. Özəlliklə də QHT və media sahəsində bu, ciddi şəkildə özünü göstərməlidir. Türk Dövlətləri Təşkilatları 2020-ci ildəki Qarabağ zəfərindən sonra bu məsələni prioritet şəkildə elan etdilər. Lakin mənə elə gəlir ki, bu, yetərli deyil. Bu mövzuların daha çox yayılması və geniş sahələrdə iş birliklərimizin olması vacibdir”.

A. Ələsgər əlavə edib ki, Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Ankarada Türkiyə-Azərbaycan QHT-lərinin görüşü ilə yanaşı, bu sahədə həm Türkiyə, həm İraq, həm də Özbəkistanla ciddi proyektlər həyata keçirib:

“Özbəkistanda da bu görüşlər oldu. İraqda – Türkmənelində də mart ayında belə tədbirlər keçirildi. Azərbaycan adına bu işlərdə varıq və düşünürəm ki, bu məsələlərdə daha da irəli getməliyik”.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600