Qeysəriyyə yolu ilə doğuşların sayı artdı
Azərbaycanda qeysəriyyə yolu ilə doğuşların sayı artıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti” statistik məcmuəsində qeyd olunub.
Məlumata görə, 2024-cü ildə hamilə qadınlar üzərində 69 913 qeysəriyyə əməliyyatı aparılıb. 2023-cü ildə isə bu rəqəm 66 584 olub.
Statistik rəqəmlər göstərir ki, ölkəmizdə qeysəriyyə əməliyyatlarının sayı son illər artmaqda davam edir.
Məsələn, 2010-cu ildə qeysər kəsiyi əməliyyatlarının sayı 22 746 olubsa, beş il sonra (2015-ci ildə)-45 942, 2020-ci ildə 49 897-ə yüksəlib.
Ümumilikdə ölkəmizdə 2024-cü ildə respublika üzrə 101 066 doğuşun 74 563-ü təbii yolla baş verib.