Qəza nəticəsində sərnişin öldü
Şəmkirdə ölümlə nəticələnən yol qəzası qeydə alınıb.
Yenicag.az apa-ya istinadən xəbər verir ki, martın 17-də saat 12 radələrində Şəmkir rayonunun Dəllər qəsəbəsində rayon sakinləri Cavid Əmiraslanovun və Emin Həsənovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub.
C.Əmiraslanovun xəstəxanaya yerləşdirilmiş sərnişini, həmyerlisi Elnur Rüstəmov orada ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.