"Qəzaya uğrayan mikroavtobus qanunsuz fəaliyyət göstərib" - AYNA

media-hightechnic-468x90

Bu gün Ağdam-Füzuli yolunda aşmış mikroavtobus buraxılış kartı əldə etmədən qeyri-qanuni sərnişindaşıma ilə məşğul olub.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

“Avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm və müntəzəm sərnişin daşımaları “Avtomobil nəqliyyatı haqqında” qanun, Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları” ilə tənzimlənir. Avtomobil nəqliyyatı ilə sifarişli daşımaları zamanı sürücüdə daşınmanın sifarişçisi və daşıyıcının təsdiq etdiyi formulyar olmalıdır. pizza

Formulyar elektron qaydada “AYNA” informasiya sisteminin elektron formulyar altsistemi üzərindən yaradılır. Qeyri-müntəzəm sərnişin daşımalarının formulyar doldurulmadan həyata keçirilməsi məsuliyyətə səbəb olur. Müvafiq icazə aldıqdan sonra sərnişindaşıma ilə məşğul olan sürücü reysqabağı tibbi, nəqliyyat vasitəsi isə texniki müayinədən keçməlidir. Sərnişinləri yalnız rəsmi qaydada fəaliyyət göstərən daşıyıcıların xidmətlərindən istifadə etməyə çağırırıq”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600