Qəzza barıt çəlləyinə çevrilib: Növbəti əməliyyatların ANONSU VERİLİR

media-hightechnic-468x90

“Misirdə İsrail və HƏMAS arasında əldə olunan razılaşma belə görünür ki, nisbi xarakter daşıyırdı. Atəşkəs əldə olunsa da, bu, beynəlxalq hüququn tələb etdiyi qaydada baş vermədi”.

media-6655

Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.

O bildirib ki, bu da yeni eskalasiyanın olacağını deməyə əsas verirdi:

“İsrail dövləti öz hərbi məqsədlərinə çata bilmədi. Rəsmi Təl-Əviv istənilən təhlükə gördüyü təqdirdə onu məhv edir, neytrallaşdırır və yer üzündən silir. Belə olan halda HƏMAS da silahları təhvil vermək istəmir. Baxmayaraq ki, əsir və girovların mübadiləsi yüksək qiymətləndirilirdi. Ancaq indiki vəziyyətdə əsas məsələ bölgənin hərbisizləşdirilməsi və BMT-nin qətnamələrində də qeyd olunduğu kimi, bölgədə iki dövlətin yaradılması prinsipinin həyata keçirilməsidir. Bu baş verməyəcəyi təqdirdə, Fələstin xalqının azadlıq mübarizəsi davam edəcək. Düşünürəm ki, qarşıdakı dövrdə də müəyyən əməliyyatlar və gərginliklər müşahidə ediləcək”.

Ekspert bildirib ki, Fələstin dövlətinin yaradılması əsas mübarizə səbəblərindən biridir:

“İsrail qətiyyətlidir və hərbi qələbə qazanmaq əzmini nümayiş etdirir. Tərəflər sülh və atəşkəsə riayət edəcəkləri ilə bağlı öhdəlik və məsuliyyət götürmüşdülər. Həmçinin bir sıra dövlətlər də bu prosesdə zəmanətçi qismində çıxış etmişdi. Lakin dediyim kimi, gözlənilən nəticə baş vermədi. Xüsusilə burada ABŞ Prezidenti Donald Trampın təhlükəsizliklə bağlı bir sıra məsələlərdə iştirak etməsi və Ağ Ev rəhbərinin sülh istiqamətindəki səyləri də zərbə aldı. Sülhün təhdid altına düşməsi ilə yanaşı, bölgədə təhlükəsizlik sistemi də pozulur və sözügedən ərazi barıt çəlləyinə çevrilir”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa