Qəzza danışıqlarına iki ölkə daha qatılacaq

media-hightechnic-468x90

Qətər və Türkiyə heyətləri Misirdəki Qəzza danışıqlarına qatılacaqlar.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Qətərin Baş naziri Məhəmməd Əbdülrəhman Əl Tani çərşənbə günü səhər Misirin Şarm əl-Şeyx şəhərinə yola düşəcək.

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Macid əl-Ənsarinin bəyanatında bildirilir ki, Əl Taninin danışıqlarda iştirakı “müzakirələrin həlledici mərhələsində baş tutur və vasitəçilərin Qəzza zolağında fəlakətli müharibəyə son qoyacaq razılaşmaya nail olmaq əzmini bir daha təsdiqləyir”.

Bundan əlavə, Türkiyənin “Anadolu” agentliyi sabah danışıqlara Türkiyə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri İbrahim Qalının başçılıq etdiyi nümayəndə heyətinin də qatılacaı barədə məlumat yayıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05