Qəzza yenidən alovlanacaq - İSRAİLİN PLANI...

media-hightechnic-468x90

Yenidən Qəzzada əməliyyatlar həyata keçiriləcək.

media-1492070400

Bu sözləri İsrail HƏMAS arasında atəşkəsin əldə olunması və bundan sonra gözlənən prosesləri Yenicag.az-a şərh edən politoloq Zərdüşt Əlizadə deyib.

O bildirib ki, İsrail HƏMAS-a qalib gələ bilmədi:

“İsrail dövləti beynəlxalq hüquqa, BMT-nin qərarlarına, 154 dövlətin Fələstin dövlətini tanımasına baxmayaraq Fələstin dövlətinin yaranmasına icazə vermir. Netanyahu deyir ki, Fələstin dövləti olmayacaq, çünki o dövlət İsrail dövlətinin təhlükəsizliyinə xələl gətirir. İsrail dövləti fələstinlilərin təhlükəsizliyinə xələl gətirir sözünü isə dilinə gətirmir.

İsrail dövləti dünyaya meydan sulayır. Çünki arxasında ABŞ durur. Ərəb dövlətlərinin dövlət rəhbərləri İsrailin, ABŞ-nin qarşısında diz çöküblər. Çünki pulları oradadır. Hakimiyyətlərinin mənbəyi orada yerləşir. Belə şəraitdə yalnız və yalnız iki amil işləyir. Biri fələstinlilərin təşkilatlarının öz torpaqlarını qoruması üçün canından keçməyə hazır olmaları. İkincisi isə İran dövlətinin Fələstin xalqına verdiyi dəstək”.

Politoloq qeyd edib ki, ABŞ Həmasa qalib gələ bilmədiklərini görüb atəşkəsə gediblər:

“HƏMAS da atəşkəsə razıdır. HƏMAS hətta silahı da yerə qoymaq istədiyini dilə gətirir, ancaq Fələstin dövlətini tanısalar. Dövləti tanısınlar, seçki keçirilsin. Hamı da bilir ki, qoca, satılmış Mahmud Abbasa heç kim səs verməyəcək. Hamı HƏMAS-a səs verəcək. Hesab edirəm ki, əsirlər dəyişdiriləndən sonra İsrail yenidən Qəzzada əməliyyatlar həyata keçirəcək. Çünki, İsrailin əsas məqsədi Qəzzanı fələstinlilərdən təmizləməkdir”.

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa