"Qəzza zolağının suverenliyi Fələstinə məxsusdur" - Abbas

media-hightechnic-468x90

Fələstin prezidenti Mahmud Abbas Qəzza zolağının İordan çayının qərb sahili ilə paytaxtı Şərqi Qüds olan vahid dövlətdə birləşməsinə, ərəb və beynəlxalq dəstək almağa çağırıb.

Yenicag.az xəbər verir ki, siyasətçi bu  barədə WAFA xəbər agentliyinə açıqlama verib.

“Qəzza zolağı üzərində suverenlik Fələstin dövlətinə məxsusdur və onun İordan çayının qərb sahili ilə əlaqəsi Fələstin qanunları və dövlət qurumları vasitəsilə bərpa edilməlidir”, – Abbas qeyd edib.

O, əlavə edib ki, hökumət tərəfindən Ramallahda yaradılmış Fələstin İnzibati Komitəsi “vahid Fələstin təhlükəsizlik qüvvələri tərəfindən dəstəklənən Qəzza zolağının idarəçiliyini öz üzərinə götürməyə hazırdır”.

Son olaraq Abbas ABŞ prezidenti Donald Trampın və bütün vasitəçilərin Qəzzada müharibənin dayandırılması, İsrail qoşunlarının Zolaqdan çıxarılması, əhaliyə humanitar yardımın həcminin genişləndirilməsi və əsirlərin mübadiləsi üçün razılıq əldə etmək səylərini yüksək qiymətləndirib. /unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa