QHT Anım Günü ilə bağlı bəyanat yaydı

media-hightechnic-468x90

27 Sentyabr Anım Günü ilə bağlı “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi Bəyanat yayıb. Bəyanatda deyilir:

2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin cəbhəboyu apardıqları təxribatına son qoymaq üçün genişmiqyaslı əks-hücum əməliyyatına başladı.
media-48263b98-cdbc-48ae-be9c-c47e37bf4dbb

Dünya hərb tarixinə düşən həmin əməliyyatdan düz 5 il ötür.

Azərbaycan Ordusunun Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 ildən çox bir vaxtda düşmən işğalında olan ərazilərimiz tam azad olundu.

27 Sentyabr – Anım Günü olaraq Vətən uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsinə yüksək ehtiramın əbədi olaraq tariximizdə qalacağı gündür.

Cəmi 44 gün çəkən Vətən müharibəsində qazanılan qələbə payında bütün Azərbaycan xalqı kimi, Azərbaycan dənizçilərinin də yeri var.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin, və digər dənizçilik şirkətlərində çalışan dənizçilərimiz bu günlərdə səfərbər oldular, silaha sarıldılar, onlarla dənizçimiz şəhid oldu, yüzlərlə dənizçi və dənizçi ailəsinin övladları müharibə iştirakçısı kimi, ləyaqətlə qazi titulunu daşıyır.  Doğma sulardan çox-çox uzaqlarda üzən vətənpərvər dənizçilərimiz mənən ordumuzun sıralarında oldu, maddi və mənəvi dəstəklərini əsigəmədilər.

Şəhidlərimizin hünəri və qanı bahasına yazılan bu zəfər tarixi haqq savaşımızda ədaləti təmin etdi. Cənubi Qafqazda hərbi və siyasi, eləcə də iqtisadi gücün  Azərbaycanın xeyrinə olduğunu nümayiş etdirdi, gələcək nəsillərə ərazi bütövlüyü tam təmin edilmiş bir Vətən əmanət olundu.

Dənizçilərə Sosial Dəstək İB-yi olaraq bütün Azərbaycan xalqı kimi, bu döyüşlərdə, tərəqqidə, inkişafda Azərbaycan dənizçisinin də imzasının olması ilə fəxr edirik. Biz İctimai Birlik olaraq bütün dövrlərdə dənizçi şəhidlərimizin, dənizçi döyüşçülərin şərəfli həyat yolunu öyrənməkdə, onların Azərbaycan tarixində göstərdikləri misilsiz qəhrəmanlıqları gələcək nəsillərə ötürülməsində, təbliğində qüvvələrimizi səfərbər edəcəyik.

Dənizçilərə Sosial Dəstək İctimai Birliyi Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizin, dənizçi  şəhid ailələrinin üzvlərinə bundan sonra da müqəddəs əmanət kimi yanaşacaq, şəhidlərimizin əziz xatirəsini dərin hörmətlə yad edəcək, onların ruhu qarşısında sayğı duruşu ilə baş əyəcək.

Faiq Balabəyli,

“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin İdarə heyətinin sədri, Dəniz Nəqliyyatı donanmasının gəmi kapitanı, şair-publisist, AYB üzvü

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa