QHT-lər əsasən hansı istiqamət üzrə ixtisaslaşıb?

media-hightechnic-468x90

feraset_qurbanov_800Fərasət Qurbanov: “Azərbaycanda QHT əsasən müxtəlif sosial yönümlü məsələlərin həllilə məşğul olan ictimai təşkilatlardır”

“Azərbaycanda fəaliyyət göstərən QHT-lər əsasən sosial və gənclərlə bağlı sferalar üzrə ixtisaslaşıb”.

Bu sözləri Yenicag.az saytına açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının icra katibi Fərasət Qurbanov dedi: “Hər il yeni-yeni müxtəlif qeyri-hökumət təşkilatlarının qeydiyyata alındığını müşahidə edirik. Ədliyyə Nazirliyində QHT-lər 24 sahə üzrə ixtisaslaşdırılıb. Xarici qeyri-hökumət təşkilatlarının da qeydiyyatı bu təsnifata daxildir. Həmin QHT-də əsasən müxtəlif sosial yönümlü məsələlərin həllilə məşğul olan ictimai təşkilatlardır. Yəni QHT-lər əsasən sosial yönümlü məsələlərin həlli üzrə ixtisaslaşıb. Eyni zamanda gənclərlə bağlı məsələlərlə məşğul olan QHT-in də dinamikasında artım müşahidə olunur. Daha çox sosial problemlərin həllinə yönəlik QHT-in sayında da artım var. Gənclərlə bağlı bu tip təşkilatların çox olması bu kateqoriyadan olan insanların ictimai həyatda daha fəal olmasından qaynaqlanır. Onlar öz məşğuliyyətini təmin etmək üçün müxtəlif yollar arayır. Təbii ki, universiteti bitirən gənclərin heç də hamısı dövlət müəssisələri və özəl sektorda işə cəlb olunmayıb. Ona görə də onlar öz potensiallarını QHT-də göstərirlər. Onlar ayrı-ayrı QHT-də kpnüllü olaraq fəaliyyət göstərir, bu işin mahiyyət və idarə olunmasını öyrənməklə isə özləri bu tip təşkilatlar yaratmağa səy göstərir. Son dövrlər dövlətin də gənclərə diqqət və qayğısının artması da müəyyən qədər belə təşkilatların yaradılmasını stimullaşdırır. Sosial məsələ başlığı altında isə çox məsələ birləşir. Bura daxildir qaçqın və köçkünlər, əlillərlə, müharibədən zərər çəkənlərin problemləri ilə məşğul olan QHT-lər daxildir. Ümumi götürdükdə bütün sahələr bu və ya digər formada sosial sferanı əhatə edir”.
Rüfət/Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600