!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

QHT-lər üçün VACİB XƏBƏR: Qeydiyyat başladı

!Reklam – Yazi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2024-cü ilin qrant müsabiqələrində iştirakla bağlı yeniliyin tətbiqnə başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Agentlikdən bildirilib.

Belə ki, bu gündən – 1 noyabrdan 2024-cü ilin qrant müsabiqələrində iştirakla bağlı elektron qeydiyyat mərhələsinə start verilib.

Agentliyin qrant müsabiqələrinə müraciət edən QHT-lər öncə elektron sistemdə – (//portal.ngogrant.az/) şəxsi kabinet yaratmalıdır:

Cəmi 1 dəfə qeydiyyatdan keçmək Agentliyin elan etdiyi bütün qrant müsabiqələrində iştirak imkanı deməkdir.

Elektron qeydiyyatdan keçmək üçün son tarix 1 dekabr 2023-cü ildir.

QHT-lər sistemdə şəxsi kabinet yaratdıqdan sonra 10 noyabr – 10 dekabr 2023-cü il tarixləri aralığında 2024-cü ilin kiçik, orta və böyük qrant müsabiqələri üzrə layihə təqdim edə bilər.

 

www.yenicag.az

266
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv