!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

QHT Şurasında hesabat günü

!Reklam – Yazi

11114206_10153023495493645_8810801686712470533_nBu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin müşavirəsi keçirilib. Müşavirədə qurumun fəaliyyəti, qarşıdan gələn I Avropa Oyunlarına hazırlıqla bağlı QHT-lərin fəaliyyətinin səfərbər olunması, ölkə daxilində və xaricdə Azərbaycanın milli maraqlarının müdafiəsinə həsr olunan çoxsaylı layihələrin icrası, QHT-lərin fəaliyyətlərinin təkmilləşdirilməsi üçün yaradılmış innovativ resurslar və digər yeni xidmətlər müzakirə olunub, Şuranın ayrı-ayrı struktur bölmələrinin hesabatları dinlənilib.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanovun qurumun ötən müddət ərzində gördüyü işlər haqda məruzəsi dinlənilib. F. Qurbanov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Əsasnaməsinə və QHT-lərə Dövlət Dəstəyi Konsepsiyasına uyğun olaraq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıqda onların ən müxtəlif təşəbbüsləri dəstəklənmiş və ölkədə vətəndaş cəmiyyətinin inkişafı məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir.
Sonra İcraçı direktor Şuranın son aylarda həyata keçirdiyi iri miqyaslı layihələr haqda qısa arayış verib. O, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfransın keçirilməsini xüsusi qeyd edib. Bundan başqa Azərbaycanda fəaliyyət göstərən səfirliklər və yerli QHT nümayəndələrinin iştirakı ilə “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi qaydası” və “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydası” sənədlərinin Şurada ictimai müzakirəsindən danışıb. Şuranın maliyyə dəstəyi ilə Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) həyata keçirdiyi “Şuşaya Azadlıq” beynəlxalq kampaniyasının xarici tərəfdaşlarının Bakı Toplantısı” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan 19 xarici ölkənin (Polşa, Türkiyə, Litva, İspaniya, Bosniya və Herseqovina, Serbiya, Xorvatiya, Bolqarıstan, Yunanıstan, Belçika, İsrail, Rumıniya, Estoniya, Latviya, Ukrayna, Moldova, Belarus, Gürcüstan və Sudan) QHT-ləri ilə görüş də əhəmiyyətli tədbirlər sırasında xüsusi vurğulayıb.
İcraçı direktorun çıxışından sonra Beynəlxalq şöbənin, informasiya resurslarının rəhbərlərinin, mühasibatlıq və maliyyə şöbəsinin, kordinator və proqram rəhbərlərinin məruzələri dinlənilib.

Yekunda Şura sədri Azay Quliyev “Bakı2015” ilk Avropa oyunlarına hazırlıqla bağlı QHT təmsilçilərinin üzərinə düşən vəzifələrdən danışaraq, Şura əməkdaşlarının, QHT təmsilçilərinin fəallığının artırılması, onların bu sahədə təkliflərinin dəstəklənməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib. Bundan başqa A. Quliyev Şuranın xarici təşkilatlar üçün elan olunan müsabiqələrin uğurlu nəticələri, Azərbaycan haqda həqiqətələrin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rol oynadığından söz açaraq, Almaniyanın “TV Berlin” və Fransanın “TV Monde” kanalları ilə yayımlanan silsilə verilişləri xatırladıb.

Şura sədri QHT təmsilçiləri ilə kommunikasiyanın genişləndirilməsi, layihələrin effektivliyinin artırılması, hesabatlılığın təkmilləşdirilməsi üçün Şuranın elektron resurslarının imkanlarının genişləndirilməsindən danışıb və QHT-lər üçün yaradılan “şəxsi kabinet” resursunun gələcəkdə QHT işinin təkmilləşdirilməsi istiqamətində səmərəli rol oyanayacağını bildirib. Şura sədrinin daha bir tapşırığı QHT-lər üçün Şuranın təlim modulları standartının hazırlanması, tədris vəsaitlərinin nəşri haqda olub.

Ümumilikdə Şura sədri rəhbərlik etdiyi qurumun fəaliyyətini qənaətbəxş qiymətləndirib.

10421445_10153023495533645_7820401121478462391_n
11151069_10153023495538645_127482742482287307_n

COP29

www.yenicag.az

742
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv