“Qıçlarım tutulub, indi də yeriyə bilmirəm”

media-hightechnic-468x90

30087_ivd9k0vsp9“Qıçlarım tutulub, indi də yeriyə bilmirəm. Həyat mənimçün getdikcə daha da çətinləşir, vəziyyətim daha da pisləşir”.

Bunu açıqlamasında xalq artisti Nuriyyə Əhmədova bildirib. Onun sözlərinə görə, səhhətindəki bu durum bir müddət əvvəl başlayıb:

“Oğlumun faciəsini qaldıra bilmədim. Birdən-birə ayaqlarım da sözümə baxmamağa başladı. Bir-birinin ardınca olan faciələr insana şok anlar yaşadır. Hərdən düşünürəm ki, mən bu faciələri necə qaldıra bildim? Görünür qaldırmamışam”.
“Bəs, ayaqlarınızda olan problemlə bağlı həkimə müraciət etmək fikiriniz yoxdur” sualına xalq artistinin cavabı belə oldu:

“Yox, hələ müraciət etməmişəm. Fikirləşirəm, amma ürəyim gəlmir”.
Qeyd edək ki, bir müddət öncə xalq artistinin oğlu qəfildən vəfat edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600