!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Qırğızıstan Avrasiya İqtisadi Birliyindən çıxa bilər” - Qırğız ekspert  

!Reklam – Yazi

“Qırğızıstanın yeni prezidenti ölkəni Avrasiya İqtisadi Birliyindən (AİB) çıxara bilər”.

Belə bir fikri Yenicag-a açıqlamasında qırğız ekspert İskəndər Şarşeyev səsləndirib. Qırğızıstanda prezident seçkilərini şərh edən ekspert bildirib ki, seçkilər uğurla keçirilib və kifayət qədər də şəffaf olub:

“Seçkilərin düzgün keçirilməsinə şübhə yoxdur. Bülletenlərin təkrar sayılmasını gözləyəcəyik. Ölkə Konstitusiyasına uyğun, əmin-amanlıqla, şəffaf və açıq seçki keçirildi. Bu, bizim ölkəmizin nailiyyətidir. Növbəti addım davamlı, müsbət iqtisadi inkişaf dinamikasının yaradılmasıdır”.

Konstitusiyaya əsasən, Qırğızıstan Respublikası Prezidentinin xarici siyasətə, qanunların ədalətliliyinə, sosial inkişaf məsələlərinə cavabdeh olan siyasi və diplomatik fiqur kimi qeyd edən Şarşeyev bildirib ki, ölkə iqtisadiyyatı üçün məsul şəxs Baş nazirdir.

Qazaxıstanla gərgin münasibətləri də şərh edən ekspertin sözlərinə görə, əgər Qazaxıstan sərhədlərin blokadasını davam etdirsə, yeni prezident ölkəni Avrasiya İqtisadi Birliyindən çıxara da bilər:

“Lakin ümid var ki, ölkələr bir-birlərindən rəsmi olaraq üzrxahlıq edəcək və hər şey müvəffəqiyyətlə başa çatacaq”.

Nicat Hacıyev

www.yenicag.az

1662
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv