Qırğızıstan hökuməti bayrağın dəyişdirilməsinə razılıq verdi - FOTO

media-hightechnic-468x90

Qırğızıstan hökuməti respublikanın dövlət bayrağının görünüşünün dəyişdirilməsi ilə bağlı qanun layihəsinə müsbət rəy verib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, orada təsvir edilən günəşin günəbaxanla oxşarlığına görə günəş şüalarının formasını dalğavaridən düzə dəyişdirmək təklif edilir.

Qanun layihəsində deyilir: “Qırğızıstan Respublikasının bayrağındakı şüaların formasının dalğalıdan açıq şəkildə günəş şüalarına bənzəyən formaya dəyişdirilməsi təklif edilir”.

Qırğızıstanın hazırkı bayrağı 1992-ci ildə ölkə müstəqilliyini elan etdikdən sonra təsdiq edilib.

Qeyd edək ki, bayrağın dizaynının dəyişdirilməsi ilə bağlı qanun layihəsi noyabrın 28-də Qırğızıstan parlamenti tərəfindən birinci oxunuşda qəbul edilib./Trend/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05