Qırğızıstanda energetika sahəsində fövqəladə vəziyyət elan edildi

media-hightechnic-468x90

Qırğızıstan Prezidenti Sadır Japarov avqustun 1-dən ölkənin energetika sektorunda fövqəladə vəziyyətin tətbiqi ilə bağlı fərman verib.

Yenicag.az xəbər verir ki, fövqəladə vəziyyətin 2026-cı il dekabrın 31-dək qüvvədə olacaq. Fərmanda bildirilir ki, Qırğızıstanı iqlim şəraiti, Narın çayı hövzəsində su axınının aşağı səviyyəsi, eləcə də enerji istehlakında artımın üstələməsi fonunda istehsal güclərinin çatışmazlığı ilə bağlı olan enerji böhranından çıxarmaq üçün fövqəladə tədbirlərin görülməsi qərara alınıb.

Bundan başqa, ölkənin Energetika Nazirliyinə bərpa olunan enerji mənbələrindən istifadə üçün yararlı torpaq sahələrini müəyyən etmək tapşırığı verilib./Unikal.org/

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600