Qırğızıstanda yenə zəlzələ oldu

media-hightechnic-468x90

Yanvarın 24-nə keçən gecə Qırğızıstanda 2,5 və 6,5 bal gücündə iki zəlzələ baş verib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Respublika Fövqəladə Hallar Nazirliyi bildirib.

“Qırğızıstanın Seysmologiya İnstitutunun verdiyi məlumata görə, yanvarın 24-də saat 01:11-də baş verən zəlzələ İssık-Kul vilayətinin Ceti-Oğuz rayonunun Yştık kəndində və Ton rayonunun Kadji-Sai kəndində hiss olunub”, – deyə mətbuat xidmətinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, yeraltı təkanlar saat 02:38-də 6,5 bal gücündə təkrarlanıb. İssık-Kul vilayətinin Jeti-Oğuz rayonunun episentrinə ən yaxın Qırğızıstanın Yştık, Kara-Sai, Bedel və Ak-Şırak kəndlərində zəlzələnin intensivliyi 3 bala yaxın olub.

“İlkin məlumata görə, zəlzələlər nəticəsində insan tələfatı və dağıntı olmayıb. Hazırda respublikanın zəlzələ baş vermiş rayonlarında Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Komissiyası ilə birgə yoxlama işləri aparır”, – məlumatda deyilir.

Xatırladaq ki, bir gün öncə də paytaxt Bişkekdən 339 kilometr aralıda 5 bal gücündə zəlzələ baş verib. Qırğızıstanın paytaxtında isə yeraltı təkanlar təxminən 3-4 bal gücündə hiss olunub.

İlk güclü təkandan sonra maqnitudası 3-dən 6-dək olan təxminən on afterşok baş verib.

Respublika Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Qırğızıstan ərazisində baş vermiş yeraltı təkanlar nəticəsində ölən və xəsarət alan olmayıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05