Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qırğızıstanın da paytaxtının adı dəyişdirilə bilər - Təklif

Bişkekin adı dəyişdirilə bilər.

Yenicag.az xəbər verir ki, Qırğızıstan prezident aparatının sabiq rəhbəri Emilbek Kaptaqayev Bişkekin adını Manas olaraq dəyişdirməyi təklif edib. O, Bişkek adının isə şəhərin rayonlarından birinə verilməsini uyğun görüb:

“Bir neçə il ötdükdən sonra heç bir vasvasanın yaranmaması üçün bəlkə də biz dərhal paytaxtın adını Manas şəhəri olaraq dəyişdirməliyik. Bu, hər bir nəzər nöqtəsindən ədalətli olardı. Hazırki Sverdlovsk rayonunu isə Bişkek adlandırarıq”.

Kaptaqayevin sözügedən ideyasını bəziləri dəstəkləsələr də, bir qisim insan bunun tam əleyhinə çıxıb.

Qeyd edək ki, Kaptaqayev bu təklifi martın 23-də Qazaxıstanın paytaxtının adının Nur-Sultan olaraq dəyişdirilməsi fonunda səsləndirib.

Emin

Loading...

www.yenicag.az

4375
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100