!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xəzər Xaqanlığının qədim paytaxtı aşkarlandı – FOTO

!Reklam – Yazi

VII-X əsrlərdə mövcud olmuş Xəzər Xaqanlığına məxsus şəhərin qalıqları tapılıb.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Rusiyanın Həştərxan vilayətində aparılan arxeoloji tədqiqatlar zamanı həmin bölgədə yaradılmış Xəzər Xaqanlığına məxsus şəhərin mədəni təbəqəsi aşkarlanıb.

Qeyd olunur ki, yaxın müddətə qədər paytaxtı Volqa çayının aşağı deltasında yerləşən İtil şəhəri olan Xəzər Xaqanlığına məxsus böyük yaşayış məntəqələrinin qalıqlarının su altında qaldığı ehtimal edilirdi.

Lakin 2019-cu ildə həyata keçirilən ilkin arxeoloji qazıntılar zamanı həmin dövrə aid şəhərlərdən birinin mədəni təbəqəsini müəyyənləşdirmək mümkün olub. Aparılan əlavə tədqiqatlar əldə edilmiş nəticələri daha da konkretləşdirib.

Mütəxəssislərin fikrincə, aşkar edilən mədəni təbəqə Xəzər Xaqanlığının böyük şəhərlərindən birinə, hətta paytaxt İtilə də aid ola bilər.

COP29

www.yenicag.az

782
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv