!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qırıcı təyyarə qəzaya uğradı - Pilotlar öldü

!Reklam – Yazi

Ukraynada keçirilən “Açıq səma-2018” genişmiqyaslı hərbi təlimlərdə Su-27UB qırıcı təyyarəsi qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, hadisə Vinnitsa vilayətinin Xmelnik məntəqəsi yaxınlığında baş verib.

Təyyarənin qəzaya uğraması nəticəsində hər iki pilot həlak olub. Onlardan biri Ukrayna Hərbi Hava Qüvvələrinin, digəri isə ABŞ Hava Qüvvələri Milli Qvardiyasının hərbçisi olub.

Qeyd edək ki, Ukraynada oktyabrın 8-dən “Açıq səma-2018” genişmiqyaslı hərbi təlimlər başlayıb. Hərbi təlimlərdə Rumıniya, Polşa, Belçika, Danimarka, Böyük Britaniya, Niderland, Yunanıstan və Estoniyanın hərbi hava qüvvələri iştirak edir. Ümumilikdə, hərbi təlimlərə 40-dan çox təyyarə, uçuş aparatları, onlarla zenit-raket kompleksi və hərbi-texniki vasitələr cəlb olunub.

Hərbi təlimlər oktyabrın 19-da başa çatacaq.

www.yenicag.az

2368
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv