“Qırmızı şeytanlar”-ın fanatları hərəkətə keçib
“Mançester Yunayted”in Kriştiano Ronaldonu geri qaytarmaq istəyi bitib-tükənmir.
Yenicag.az xəbər verir, “Daily Efxpress” qəzeti portuqaliyalı ulduzun transferi ilə yeni iddia ilə çıхış edib.
İngiltərə qəzetinin iddiasına görə, “qırmızı şeytanlar” bu transfer üçün “Real”a 110 milyon avro ödəməyə hazırdır. “Mançester Yunayted” futbolçunun özünə də illik 20 milyon avro təklif etmək niyyətindədir.
Portuqaliyalı ulduzu transfer etmək istəyən “qırmızı şeytanlar”ın fanatları da Ronaldonu geri qaytarmaq üçün kampaniyaya start veriblər.
Portuqaliyalı ulduzu transfer etmək istəyən klub 100 milyon sterlinq ödəməlidir. Çünki bu, futbolçunun müqaviləsində əsas maddədir. Həmin səbəbə görə ingilis azarkeşlər xüsusi www.BringRonaldohome.org internet səhifəsi hazırlayıblar.
Məhz bu səbəbdən başlanılan kampaniyada azarkeşlərin əsas məqsədi, 10 milyon “Mançester Yunayted” fanatının hər birindən 10 funt-sterlinq yığmaqdır. Əgər bu sayda insan nəzərdə tutulan məbləği ödəsə, onda 100 milyon funt sterlinq yığılmış olacaq və Ronaldonun müqaviləsində olan həmin maddə asanlıqla aradan qalxacaq.