Qış mövsümündə yay meyvələri: İstehlakçıları bu təhlükələr gözləyir - VİDEO
“Qış aylarında satışa çıxarılan qarpız, çiyələk və alça kimi meyvələrin tərkibi təbii deyil, müxtəlif kimyəvi maddələrin hesabına formalaşır”.
Bunu Yenicag.az-a açıqlamasında qida eksperti İlkin Şirinov deyib.
O, mövsümünə uyğun olmayan meyvələrin tərkibində insan orqanizmi üçün vacib vitamin və mineralların olmasının şübhə doğurduğunu qeyd edib.
Ekspert bildirib ki, artıq qış mövsümündə olmağımıza baxmayaraq, market və bazarlarda qarpız, çiyələk, alça və s. kimi meyvələrin çoxalması onların süni şəkildə, kimyəvi gübrələrin və müxtəlif böyüdücü maddələrin köməyi ilə yetişdirildiyini göstərir:
“İstixana şəraitində yetişdirilən meyvələr belə əlavə stimulyatorlar və qoruyucu qatqılar olmadan bazara çıxarılmır. Bu isə məhsulların təbii keyfiyyətini əhəmiyyətli dərəcədə azaldır və onların orqanizmə xeyir vermək əvəzinə, potensial risklər yaratmasına səbəb ola bilər. Vətəndaşlara meyvə və tərəvəzləri yalnız öz mövsümündə almağı, xüsusilə də qış aylarında xarici görünüşcə cəlbedici olan, lakin təbii olmayan meyvələrdən uzaq durmağı tövsiyə edirəm”.
Ətraflı videomaterialda:
Samir Məcid












