Qiyməti düşüb-qalxan qızılı GÖZLƏYƏN AQİBƏT: “İlin sonuna doğru...”

media-hightechnic-468x90

“Qızılın son günlərdə ucuzlaşması daha çox müvəqqəti xarakter daşıyır. Fundamental göstəricilər və qlobal risklər nəzərə alındıqda qiymətli metalların uzunmüddətli perspektivi yenə də artım yönümlü qiymətləndirilir. Qızılın orta müddətdə yenidən bahalaşma trayektoriyasına qayıtması ehtimal olunur”. 

Bu sözləri qızılın ucuzlaşması fonunda bu qiymətli metalın dəyər itirməsinin səbəblərindən danışan Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrinin müavini, iqtisadçı Rövşən Əmircanov Yenicag.az-a açıqlamasında səsləndirib.

O, son günlər qızılın qiymətində müşahidə olunan ucuzlaşmanın bir sıra faktorlara bağlı olduğunu vurğulayıb:

“Bu qiymət korreksiyası qlobal bazarın fundamental dinamikasına zidd olmadığından investorlar tərəfindən daha çox müvəqqəti xarakterli azalma kimi qiymətləndirilir. Ucuzlaşmanın əsas səbəbləri arasında ABŞ Federal Ehtiyat Sisteminin (FES) dolların möhkəmlənməsinə dair açıqlamaları, ABŞ-də dövlət büdcəsi üzrə fəaliyyətlərin fasiləsiz davam etməsi nəticəsində bazarlarda yaranan müsbət gözləntilər və böyük investisiya fondlarının qısamüddətli mənfəət götürmə əməliyyatları yer alır. Xüsusilə son aylarda qeydə alınan rekord qiymət səviyyələrindən sonra bir sıra iri investorlardan satışların baş verməsi qiymətlərin müvəqqəti geri çəkilməsinə səbəb olub. Orta və uzunmüddətli perspektivdə isə bu ucuzlaşmanın davamlı trendin başlanğıcı olmadığı qiymətləndirilir”.

İqtisadçı qızıılın qiymətini əvvəlki səviyyəyə qaytaracaq amillərdən də danışıb:

“Qızılın qiymətini orta müddətdə yenidən güclü mövqeyə qaytara biləcək əsas amillərə geosiyasi risklərin yüksək olaraq qalması, mərkəzi bankların rekord həcmdə qızıl alışı həyata keçirməsi, ABŞ və Avropada faiz endirimləri ilə bağlı gözləntilərin güclənməsi, eləcə də dünya üzrə fiziki qızıl tələbatının artması daxildir”.

İqtisadçı həmçinin mövcud trendlərin fonunda ilin sonuna doğru qızılın bir unsiyasının 4200-4400 ABŞ dolları intervalında ticarət olunmasını da proqnozlaşdırıb.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa